Əfqanıstanda polis idarəsinə qarşı terror aktı: 8 ölü, 53 yaralı - FOTO
(13-03-2021, 15:00)


Əfqanıstanda polis idarəsinə qarşı terror aktı: 8 ölü, 53 yaralı - FOTO
Əfqanıstanın qərbindəki Herat vilayətində bomba yüklü nəqliyyat vasitəsi ilə hücum həyata keçirilib.
 
“Anadolu” agentliyi xəbər verir ki, vilayət rəhbəri Sayed Vahid Katali mətbuata verdiyi açıqlamada terrorçuların polis bölməsini hədəf aldıqları bildirib.
 
Herat dövlət xəstəxanasından xəbər verilib ki, hücumda mülki şəxslər da daxil olmaqla 8 nəfər həyatını itirib, 53 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.
 
Partlayış nəticəsində ətrafdakı bir çox evə ziyan dəyib.
 
Terror aktına görə məsuliyyəti heç kim boynuna götürməsə də, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen hadisədə “Talibanı” günahlandırıb.
 
Digər tərəfdən, Qətərin paytaxtı Dohada Əfqanıstan və “Taliban” arasında illərdir davam edən şiddətə son qoymaq üçün sülh danışıqlarının ikinci mərhələsi davam edir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 106

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031