Məscidlərdə donuz saxladan qəsbkar ölkənin nazirini dünyanın unikal məscidində pişvazladılar...
(12-03-2021, 17:00)


Məscidlərdə donuz saxladan qəsbkar ölkənin nazirini dünyanın unikal məscidində pişvazladılar...
Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində paytaxt Əbu-Dabidəki məşhur Şeyx Zayed məscidini ziyarət edib. 
 
 “Armenian Report” bu haqda işğalçı ölkənin  Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
 
Erməni nazir fəxri qonaqlar kitabına da öz qeydini buraxıb. 
 
Xatırladılır ki, Ara Ayvazyan  martın 11-də BƏƏ Xarici İşlər Nazirliyinin rəhbəri Abdullah bin Zayed əl-Nahyan ilə görüşüb.
 
P.S. 30 il ərzində işğal altında saxladıqlar Azərbaycan torpaqlarındakı bütün tarixi və dini abidələr kimi, məscidləri də  bərbad vəziyyətə salan, içərilərində donuz saxlayan qəsbkar bir ölkənin nazirini müsəlman(?) ölkəsi yüksək səviyyədə qəbul edir və üstəlik, dünyanın ən unikal məscidlərindən birini ziyarət etdirir...
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 117

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031