Putinin portretini tutub peyvənd vurdurdu...-FOTO
(5-03-2021, 13:00)

Argentinanın Roke-Perez şəhərinin meri, 72 yaşlı Xuan Karlos Qasparini əlində Rusiya Prezidenti Vladimir Putinin portreti ilə koronavirus peyvəndi vurdurması haqda danışıb.
Argentinalı mer “RİA Novosti”-yə Rusiya liderinin fotosunu əlində niyə saxladığını açıqlayıb. Qasparini bununla argentinalıların həyatını xilas etdiyinə görə Putinə təşəkkür etdiyini bildirmək istədiyini vurğulayıb.
“Buna görə də Putinə Argentina üçün etdiklərinə görə təşəkkür etmək istədim. Bu peyvənd neçə insanın həyatını xilas etdi?.. Bu, müxalifətin tənqidləri fonunda ona təşəkkür etmək üçün bir üsul oldu”-deyib.
Bələdiyyə sədrinin sözlərinə görə, hər hansı bir savadlı insan "böyük elmi biliklərə" sahib olan "rusların nəyə qadir olduğunu" bilir.
Qeyd edilir ki, Rusiyanın “Sputnik V” peyvəndi ilə vaksinasiya Argentinada dekabrın sonunda başlayıb.
Ana səhifəyə qayıt
Oxunub: 117
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar