Prezident başçılara vaqonlarda yaşamaq göstərişi verdi - sadə xalqın nə çəkdiyini anlamaq üçün...
(3-03-2021, 12:30)


Prezident başçılara vaqonlarda yaşamaq göstərişi verdi - sadə xalqın nə çəkdiyini anlamaq üçün...
Bizim bir sıra oliqarx-məmurları, nazir və icra başçılarını da belə cəzalandırmaq gərəkdir...
 
Ölkə Prezidenti Şavkat Mirziyoyev regionlardakı rəhbər məmurlara sadə insanların həyatını daha yaxşı anlamaları üçün vaqon-konteynerlərdə yaşamalarını tapşırıb. 
 
Bu haqda yerli Gazeta.uz nəşri məlumat yayıb.
 
Məlumata görə, Buxara vilayətinin hokimi (rəhbəri) Botir Zaripov Prezident Şavkat Mirziyoyevin bölgə rəhbərlərini məzəmmət etməsindən və onları Namanqan vilayətinin hokimi Şavkatcan Abdurazakovun nümunəsinə uyğun olaraq adi xalqın yaşadığı aşağı məhəllələrdə yaşamağa dəvət etdikdən sonra Ələt rayonunun Dövlətboy məhəlləsində təkərli vaqon-konteynerə köçüb. 
 
“İndi bu vaqon-qərargah Ələt rayonu Dövlətboy məhəlləsindədir. Burada yaşayan Botir Zaripov Ələt camaatının problemlərini araşdırır və onları həll etmək üçün tədbirlər görür "- vilayət rəhbərliyinin mətbuat xidmətinin telegram-kanalında yayılan məlumatda belə deyilir. 
 
Bundan öncə Namanqan vilayətinin hakimi Şavkatcon Abdurazakovun  fevralın 19-da dövlət başçısı Şavkat Mirziyoyev tərəfindən gözlənilmədən ziyarət edilmiş məhəlləyə köçdüyü bildirilir. Səfər zamanı prezident Abdurazakovu və Namangan prokurorunu Bunyodkor məhəlləsinin vəziyyətinə, o cümlədən qaz və içməli suyun olmaması, bərbad yollar və uzun illər toplanmı zibilliyə görə sərt tənqid edib. 
 
“Siz insanları birləşdirməlisiniz, başqalarına nümunə olmalısınız. Axı siz burada məsul rəhbərsiniz! Axı siz müsəlmansınız! ”- deyən Mirziyoyev qəzəblənib. Bundan sonra vilayət başçısının üç vaqondan ibarət bir məkanda yaşayacağı məlum olub. Vaqonlardan biri istirahət,  o biri qonaq, digəri isə hamam otağı əvəzidir. Vaqonların ətrafı metal darvazalı beton hasarla əhatə olunmuş, çay daşı ilə döşənmiş bir həyətdir. 
 
Bu minvalla  fevralın 26-da ölkə Prezidenti  Ş.Abdurazakovun nümunəsinə uyğun olaraq bütün hokimləri vaqon-konteynerlərə köçməyə dəvət  edib
 
P.S. Bizim bir sıra oliqarx-məmurları, nazir və icra başçılarını da belə cəzalandırmaq gərəkdir...
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 111

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031