“Bu, futbol terrorundan betərdi” – Ərdoğan
(20-04-2018, 20:08)

Türkiyə Kubokunun yarımfinal mərhələsində keçirilən “Fənərbaxça” – “Beşiktaş” qarşılaşmasında yaşanan insidenti dəyərləndirən dəvlət başçısı bunu terror adlandırıb.
Ərdoğan yerli mətbuata açıqlamasında Türkiyə Futbol Federasiyasına da mesaj göndərib: “Əvvəla bu, futbol terrorundan da betərdi. Bir az açıq danışmaq lazımdı. Burda hiylə də var. Bütün hadisələr ancaq künc nöqtələri yaxınlığında oldu. Tribunalardakı terroru kimlərsə təşkil edir, öz-özünə baş vermir. Kuarejma künc zərbəsi yerinə yetirməyə gedir, alışqan atırlar. Üstəlik, Şenol Günəşin başına gələn hadisə… Bu hərəkətlər qəbulolunmazdı. Kaş Tolqa da yanlış müdaxilələr etməyəydi. Şenol Günəşə ediləni bağışlamaq mümkün deyil. Hər iki klubun prezidenti ilə əlaqə saxlayıb, bu barədə danışdım. Hamısı şikayətçidi. Görək, Türkiyə Futbol Federasiyası bundan nə nəticə çıxaracaq, hansı tədbirləri görəcək”.
Qeyd edək ki, qarşılaşmanın 57-ci dəqiqəsində azarkeşlər meydana yaş əşyalar atdığından və “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşə xəsarət yetirdiyindən, görüş təxirə salınmışdı.
Ana səhifəyə qayıt
Oxunub: 359
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar