Güclü qusma ilə xəstəxanaya gətirilən uşağı rentgen edən həkimlər şoka düşdülər...
(30-01-2021, 12:30)



Güclü qusma ilə xəstəxanaya gətirilən uşağı rentgendən keçirən həkimlər gördükləri mənzərədən şoka düşüblər. Belə ki, balacanın qarın nahiyyəsində “təsbeh” olub.

Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb. Hadisə Rusiya paytaxtında baş verib.

Məlum olub ki, iki yaşlı uşaq maqnit konstruktordan diyircəkli şarları udub. Onlar isə bir-birinə yapışaraq nazik bağırsağı sıxıb.

Lakin hər şey yaxşı qurtarıb. Cərrahlar dərhal onu əməliyyat edib və maqnitləri çıxarıblar.

Uşağın bağırsağından 10 santimetr kəsilib. Həkimlər bu hadisənin onun gələcək həyatına təsir etməyəcəyini bildirirlər.

Qeyd edək ki, körpələrlə bu cür hallar ilk dəfə baş vermir. Dekabr ayında analoji hadisə Ukraynada yaşanmışdı. O zaman da 3 yaşlı oğlan 30-a yaxın maqnit şar udmuşdu. (oxu.az)

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 119

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031