“ABŞ-ın aksiyalarla bağlı paylaşımları Rusiyanın daxili işlərinə qarışmaqdır”
(25-01-2021, 14:00)
Yanvarın 23-də ABŞ-ın Moskvadakı səfirliyinin razılaşdırılmamış aksiyalarla bağlı paylaşımları Rusiyanın daxili işlərinə qarışmaqdır.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramı üçün müsahibəsində bildirib.
“Əlbəttə ki, bunlar yanlış paylaşımlardı. Əlbəttə, bunlar dolayısı ilə bizim daxili işlərimizə mütləq müdaxilədir. Yəni dolayısı ilə bu, Rusiya Federasiyasının qanununun pozulmasına birbaşa dəstək, icazəsiz aksiyalara dəstəkdir”, - deyə Peskov qeyd edib.
Prezidentin mətbuat katibinin sözlərinə görə, əgər Rusiyanın ABŞ-dakı diplomatik missiyası Amerikada davam edən iğtişaşlar zamanı bu cür hərəkət etsəydi, “yəqin ki, bu, Vaşinqtonda müəyyən narahatlıq hissi doğurardı”.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Rusiyadakı səfirliyinin rəsmi saytında Federasiyada hazırlanan etiraz aksiyaları haqda məlumat verilmişdi. Orada aksiyaların keçiriləcəyi şəhərlərin adları, yeri və vaxtı qeyd olunmuşdu. Səfirlik, həmçinin ABŞ vətəndaşlarını mitinqlərdə iştirakdan çəkinməyə çağırmışdı.
Ana səhifəyə qayıt
Oxunub: 139
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər







