“Co Baydenlə təsadüfən qatarda rastlaşdım - uzun-uzun söhbət etdik...”  
 (22-01-2021, 12:00) 
	 İsrailin ABŞ-dakı yeni səfiri Gilad Erdan andiçmə mərasimindən öncə yeni Prezident Cozef Baydenlə  qatarda görüşməsi haqda danışıb.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki,  yəhudi diplomat bu barədə “Kan Reşet Bet” radiostansiyasına müsahibəsində danışıb.
Baydenin vətəni Delaver əyalətindən Vaşinqtona qatarla getməyi çox sevdiyi məlumdur. Ailəsi Nyu-Yorkda yaşayan Erdan isə ikinci təyinatına hazırlıq məqsədilə  eyni nəqliyyatla Amerika paytaxtına gedəsi olub.
"Vaşinqtona gedən qatarda cənab Baydenlə təsadüfən tanış oldum. Baş nazir Binyamin Netanyahu və İsrail dövləti ilə münasibətləri haqqında çox uzun bir söhbət etdik"- deyə İsrail səfiri etiraf edib.
Diplomat Baydenin prezidentliyi dövründə gələcək ABŞ-İsrail münasibətləri barədə nikbin bir proqnoz verib. O, qarşıdakı illərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənəcəyinə inanır.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 138
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






