Türkiyədə “Sinovac” vaksini ilə peyvəndləmə mərhələli şəkildə davam edir
(18-01-2021, 16:30)



Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə “Sinovac” vaksini ilə aparılan peyvəndləməyə sürətlə və mərhələli şəkildə davam edir. Səhiyyə Nazirliyi tibb işçiləri başda olmaqla kütləvi peyvəndləmə üçün bölgü aparıb.

AZƏRTAC xəbər verir ki, bu bölgüyə uyğun olaraq yanvarın 18-dən başlayaraq qocalar evləri, əlillər və bərpa mərkəzlərinin sakinləri və bu sahələrdə xidmət edən şəxslərin kütləvi peyvəndlənməsinə başlanılacaq. Bildirilir ki, bu sahələri təmsil edən ümumilikdə 87 min 120 nəfərin peyvəndlənməsi nəzərdə tutulub.

Yanvarın 17-də Ankara vaxtı ilə saat 13.00-a olan məlumata görə, ölkə üzrə 690 min 11 nəfərə “Sinovac” vaksinini vurulub. Bu vaxtadək vaksin olunanlardan ciddi şikayət və yaxud fövqəladə əks-təsir müşahidə edilməyib.

Qeyd edək ki, Türkiyədə “Sinovac” vaksininin ilk dozası səhiyyə naziri Fahrettin Kocaya vurulub. Prezident Rəcəb Tayyib Ərdoğan isə yanvarın 14-də peyvənd olunub və əhalini prosesdə fəal olmağa dəvət edib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 139

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930