Danimarkada 283 nəfərdə “Britaniya” ştammı tapılıb  
 (18-01-2021, 15:30) 
	Danimarkada 283 nəfərin koronavirus infeksiyasının Böyük Britaniyada aşkar olunan yeni ştammına yoluxması faktı qeydə alınıb.
Bunu Danimarkanın Yoluxucu Xəstəliklərlə Mübarizə İnstitutu məlumat yayıb.
Şənbə günü (16 yanvar – Red) bu rəqəmin 256 olduğu bildirilmişdi. Həkimlər qeyd edib ki, “Britaniya” ştammını təyin etmək çox vaxt apardığı üçün məlumatların ötürülməsində gecikmə yaranır.
İndiyədək ölkədə ümumilikdə 189 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 775 nəfər vəfat edib.
Hökumət, yeni infeksiyanın artması fonunda, beş nəfərdən çox qrup halında toplaşmağı qadağan edib. Həmçinin bütün ictimai yerlərdə maska taxmaq vacibdir. Danimarkada bütün restoranlar, barlar, kinoteatrlar, teatrları, idman zalları, ticarət mərkəzləri və gözəllik salonları bağlanıb. Səlahiyyətli şəxslər məhdudlaşdırıcı tədbirləri fevralın əvvəlinə qədər uzadıblar.
Xatırladaq ki, krallıqda aşkar edilən bu ştamm çox sürətlə yayılır. Bu səbəbdən Londonda və Britaniyanın cənub-şərqində özünütəcrid rejimi tətbiq edilib.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 156
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






