Daha iki ABŞ strateji bombardmançısı İsrailin üstündən İrana tərəf uçdu  
 (18-01-2021, 13:30) 
	Bu gün yanvarın 17-də Amerikanın iki B-52 strateji bombardmançısı İsrailin üzərindən uçub və Fars körfəzinə istiqamət alıb.
Virtualaz.org xəbər verir ki, bu haqda İsrailin “Ynet” portalı bildirir.
Nəşrin məlumatına görə son bir həftə ərzində artıq beşinci dəfədir ki, Birləşmiş Ştatlar Fars körfəzi regionuna B-52 bombardmançılarını göndərir.
Bundan əvvəl Pentaqon açıqlamışdı ki, regiona strateji bombardmançıların göndərilməsi ABŞ-ın İranı Yaxın Şərq regionundakı Amerika hədəflərinə mümkün hücumlardan çəkindirmək məqsədi daşıyır. 
Birləşmiş Ştatlar Müdafiə Nazirliyindəki mənbə habelə mətbuata bildirib ki, Tehran “nəsə mürəkkəb plan hazırlayır”, bu barədə kəşfiyyat məlumatları “olduqca real” qiymətləndirilir.
Xatırladaq ki, ötən gün İranın İnqilab Keşikçiləri Korpusunun müxtəlif radiuslu ballistik raketlərlə dəniz hədəflərinə zərbə endirilməsi təlimləri zamanı atılan uzaqmənzilli ballistik raketlərdən ikisi Hind okeanının şimalında üzən “USS Nimitz” Amerika təyyarədaşıyan gəmisinin həndəvərinə (160 kilometrliyinə) düşüb. Pentaqon bunu “təhlükəli insident” adlandırıb və İranın öz məqsədlərində bu dərəcədə uzağa gedə bilməsindən narahatlıq ifadə edib.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 161
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






