Gerhard Şröder: “Heç bir Rusiya prezidenti Krımı Ukraynaya verməz”
(18-01-2021, 09:00)



Almaniyanın keçmiş kansleri Gerhard Şröder Gürcüstan və Ukryananın NATO-ya daxil olması ilə bağlı diskussiyaları yersiz hesab etdiyini söyləyib. G.Şröderin fikrincə, Ukrayna Şimali Atlantika alyansınının şərqə doğru genişlənməsi ilə bağlı aparılan siyasətin qurbanı olub və Krımı itirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, AFR-in nüfuzlu analitik jurnallarından “Der Spiegel”ə danışan alman dövlət adamı kansler olduğu dövrdə bir çox Şərqi Avropa ölkəsinin həm NATO, həm də Avropa Birliyinə girdiyini xatırladıb. Onun sözlərinə görə, bu təbii proses olub və həmin dövlətlər öz hüquqlarından istifadə ediblər.

“Lakin bütün bu proses ABŞ-ın Ukrayna və Gürcüstanın da NATO-da görmək istəməsi sayəsində başa çatmadı. Birləşmiş Ştatlar üçün bu Rusiyanı mühasirəyə almaq strategiyasından başqa bir şey deyildi”,-deyə o bildirib.

G.Şröder Krımın Rusiya tərəfindən beynəlxlaq hüquq normalarının kobud şəkildə pozulması ilə işğal edildiyi fikrini paylaşdığını söyləsə də, Rusiyaya haqq qazandırmağı unutmayıb.

“Gəlin bir anda təsəvvür edək ki, Ukrayna doğrudan da NATO-daxil olub. O, zaman, Rusiyanın əsas dəniz limanlarından biri sayılan Sevastopol Qərb alyansının tərkibinə keçəcəkdi”,-deyə alman siyasətçi vəziyyəti bu cür izah emtəyə çalışıb.

Sonda Gerhard Şröder heç bir Rusiya prezidentinin Krımı Ukraynaya geri verməyə razı olmayacağını sözlərinə əlavə edib.
Xatırladaq ki, Almaniyanın keçmiş kansleri hazırda Rusiyanın nəhəng “Rosneft” şirkətinin direktorlar şurasının sədridir. O, Rusiya və Almaniya arasında Ukrayna və Polşanı zərbə altında qoyan bir sıra layihələrin, o cümlədən “Şimal axını” boru kəmərinin əsas təşəbbüskarlarından və icraçılarından biri sayılır. Siyasi ekspertlər buna görə onun qatı Kremlpərəst mövqe tutduğunu vurğulayırlar.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 128

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031