Rusiyada bu peyvəndə qadağa qoyuldu - Səbəb
(14-01-2021, 21:00)



Rusiyadakı “Skolkovo” beynəlxalq tibb klasterində yerləşən xüsusi klinikaların “Pfizer” koronavirus peyvəndindən istifadə etməsinə icazə verilmir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyəyə Nəzarət İdarəsi məlumat yayıb.

Buna səbəb Rusiya qanunvericiliyinin ölkədə koronavirusun qarşısının alınması üçün dövlət qeydiyyatından keçməmiş peyvəndlərin idxalına və istifadəsinə icazə verməməsidir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 208

Xəbər lenti
12-11-2025 11:00