Qadınların dırnaqlarına mikroçip yerləşdirilməyə başlandı...  
 (26-12-2020, 15:56) 
	Dubaydakı  gözəllik salonlarından biri xanımlar üçün yeni bir "ağıllı" dırnaq xidməti təqdim etməyə başlayıb.  Belə ki, manikür proseduru zamanı qadınlara mikroçip "implant" etmək təklif olunur. Beləliklə, salon dünyanın ən yüksək texnoloji manikürünü etməyə qərar verib.
dovrunnabzi.az xarici İslam saytları bu haqda “What's On” nəşrinə istinadla xəbər yayıb.
Mikroçip dırnağa yapışdırılır və sonra parlaq lak təbəqəsi ilə örtülür. Qurğuda tez-tez smartfonlarda, planşetlərdə və hətta kredit kartlarında işlənən simsiz “NFC” texnologiyasından istifadə edilir.
“NFC” yaxın məsafədə yerləşən cihazlar arasında, məsələn, hesab terminalı ilə cib telefonu və ya plastik ağıllı kart arasında təmassız məlumat mübadiləsinə imkan verən qısa məsafəli(10 sm-ə qədər), yüksək tezlikli simsiz rabitə texnologiyasıdır 
Dubaydakı sözügedən salonda mikroçipə fərdi məlumatların yüklənə biləcəyi də bildirilib. Məsələn, “WhatsApp” nömrəsi, rəqəmsal vizit kartı və ya “Instagram” sosial şəbəkəsindən bir profil başlığı. 
Hal-hazırda dırnaqlara yerləşdirilən mikroçiplərdə yaddaşın miqdarı azdır. Lakin salon rəhbərliyi əmin edir ki,  yaxın gələcəkdə insanlar bir toxunuşla dırnaqları ilə market, bank və s. məkanlarda hesab  ödəyə və ya məlumat paylaşa biləcəklər.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 233
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






