26 müsəlman xanım “dünyanın ən nüfuzlu 100 qadını” siyahısına daxil edildi...-FOTO  
 (26-12-2020, 15:53) 
	“BBC”-nin son dövrdə hər il tərtib etdiyi dünyanın ən nüfuzlu 100 qadınının siyahısına müxtəlif ölkələrdən 26 müsəlman qadının adı  da daxil olub. 
“BBC” reytinqinə daxil olan müsəlman qadınlar arasında  kinorejissor, genetik, şair və hüquq müdafiəçisi var. 
Siyahıda ən yaşlı  qadın 82 yaşlı Bilkis Banudur. Bu hindistanlı nənə 2020-ci ildə ölkəsində müsəlmanlara qarşı ayrı-seçkilik edən vətəndaşlıq qanunlarına qarşı dinc etiraz hərəkatının lideri olub. 
Siyahıdakı ən gənc xanım isə İndoneziyalı məktəbli, hər cümə Ətraf Mühit və Meşə Nazirliyi qarşısında meşələrin qırılmasına qarşı tələbə piketinə rəhbərlik edən 17 yaşlı Salsabila Xayrunissadır. 
Reytinqə, həmçinin, koronavirus xəstələri üçün ucuz ventilyasiya aparatları hazırlayan bir qrup əfqan qadın alimin lideri, 18 yaşlı Sumaya Faruki də daxildir.  Əfqan xanımların ixtira etdiyi cihazın qiyməti cəmi 700 dollardır və 10 saata qədər avtonom işləyə bilər. 
BƏƏ kosmik agentliyinin sədri Sara əl-Əmiri və Suriyalı fəal və kinorejissor Vaad əl-Katib də  bəhs edilən siyahıdadır.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 159
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






