Çili prezidenti selfiyə görə özünü polisə şikayət edib - FOTO  
 (19-12-2020, 11:30) 
	Çili prezidenti Sebastyan Pinyera maskasız ünsiyyət qurduğu üçün 3500 dollar (5 950 AZN) cərimə ödəməyə məcbur olub.
Bu barədə “Reuters” xəbər verir.
Bildirilir ki, maskasız şəkli mediada yayılandan sonra Pinyera özünü hüquq mühafizəçilərinə şikayət edib.
Qeyd olunur ki, dəniz kənarında gəzərkən bir qadın dövlət başçısına yaxınlaşaraq selfi çəkdirmək istədiyini deyib. Lakin selfi zamanı iştirakçıların heç biri maska taxmayıb. Bununla bağlı foto tezliklə sosial mediada populyarlıq qazanıb.
Çilidə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində insanların çox olduğu yerlərdə və ünsiyyət zamanı maska taxılması ilə bağlı ciddi qaydalar var. Qanunu pozanları külli miqdarda cərimə və hətta həbs cəzası gözləyir.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 162
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






