Zəvvarlar Kəbədə elektrik enerjisi istehsal edəcək...- Müsəlmanlardan gözlənilməz ixtira...
(19-12-2020, 12:13)
Səudiyyə Ərəbistanındakı tədqiqatçılar döşəmədən porşen sistemi ilə enerji almağa imkan verən ixtira üçün ABŞ-da patent ala biliblər. Yeni ixtira adi insan gəzintisindən elektrik enerjisi əldə etməyə şərait yaradacaq.
dovrunnabzi.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, qeyri-adi mexanizm ilk olaraq hər il milyonlarla zəvvarı cəlb edən Məkkədəki Məscidül-Həramda quraşdırıla bilər. Bu qəribə texnologiya, demək olar ki, müqəddəs məkanı pulsuz elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.
Kral Əbdüləziz Universitetinin tibb mühəndisliyi kafedrasının dosenti Əbdül Həmid Əl-Xətib "Bu patenti qeyd etdirmək üçün bizə illər lazım oldu"- deyə bildirib.
Alimin fikrincə, ixtirası böyük investisiyalar tələb etmir. Əgər bu texnologiya Məkkə və Mədinədə istifadə olunarsa, müqəddəs şəhərlər ekoloji cəhətdən təmiz əlavə bir enerji mənbəyi alacaqlar. Əl-Xətib bu mexanizmin ticarət mərkəzlərində, piyada yollarında və otel girişlərində quraşdırılmasını da təklif edib.
“Dünya təmiz enerji axtarışında olduğu bir dövrdə hərfi mənada ayaqlarımızın altında (hazırda) boş-boşuna sərf edilən enerjij var”, – deyə müsəlman alim vurğulayıb.
Ana səhifəyə qayıt
Oxunub: 198
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər







