Türkiyədə 56 saatlıq “Evdə qal!” rejimi başladı
(19-12-2020, 12:10)
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və gündəlik ölüm halındakı say artımı səbəbindən məhdudiyyətlərin tətbiqi davam edir. Hökumətin riskləri azaltmaq məqsədilə tətbiq etdiyi növbəti həftəsonu 56 saatlıq “Evdə qal!” rejimi qüvvəyə minib. Dekabrın 18-də Türkiyə vaxtı ilə saat 21.00-da qüvvəyə minən rejim dekabrın 21-də saat 5.00-da başa çatacaq.
Dekabrın 18-da Türkiyə üzrə 205 min 809 nəfər testdən keçirilib. Onlardan 26 min 410 nəfərdə virus əlaməti aşkarlanıb, 4 min 103 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 246 nəfər ölüb, 31 min 945 xəstə isə sağalıb. Hazırda 5 min 707 xəstə infeksiya səbəbindən reanimasiyadır. İndiyədək ölkə üzrə 1 milyon 982 min 90 nəfərdə infeksiya aşkarlanıb.
Qeyd edək ki, Türkiyə üzrə gündəlik tətbiq olunan “Evdə qal!” rejimi saat 21.00-dan 5.00-dək davam edir. Dekabrın 31-də isə bu rejim yerli vaxtla saat 21.00-dan başlayaraq dörd gün davam etməklə 2021-ci il yanvarın 4-də saat 5.00-dək qüvvədə olacaq. Yeni il şənlik və mərasimlərinin keçirilməsi nəzərdə tutulmur.
Ana səhifəyə qayıt
Oxunub: 245
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər







