Sayt rəhbəri edam edildi
(12-12-2020, 19:10)

"Amad Nyus” xəbər portalının rəhbəri Ruhulla Zam şənbə günü İranda edam edilib.
Bu məlumatı “Mehr Nyus” yayıb. Məlumata görə, Zam asılmaqla edam edilib.
Qeyd edək ki, Zam 2019-cu ildə SEPAH tərəfindən tutulmuşdu. O, xəyanatdə, xarici ölkələrin kəşfiyyatına çalışmaqda ittiham edilirdi.
Zam Parisdə mühacir həyatı yaşayırdı. SEPAH-ın onun necə və harada həbs edərək, ölkəyə gətirdiyi hələ də açıqlanmayıb.
Ana səhifəyə qayıt
Oxunub: 189
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar