Rusiyalıların 70 faizi qəzet oxumur
(18-04-2018, 20:57)

Sorğu göstərib ki, respondentlərin 71%-i gündəlik xəbərləri əsasən televiziyadan izləyir.
Sorğuya cəlb olunanların 86%-i ölkədə və dünyada baş verənlərdən televiziya proqramları vasitəsilə xəbər tutduğunu bildirib.
27% internet resurslarından, dostlardan və qonşulardan, 14% sosial şəbəkələrdən, 15% radiodan məlumat aldığını deyib.
Respondentlərin 15%-i informasiya mənbəyi kimi qəzet-jurnalı göstərib.
Sorğuya əsasən, əhalinin 29%-i televiziyada xəbərlərə hər gün, 42%-i demək olar gündəlik baxdığını açıqlayıb.
19% həftədə heç olmasa bir dəfə televizoru işə saldığını, 10% isə televiziyaya heç vaxt baxmadığını söyləyib.
Respondentlərin 10%-i internetdən hər gün, 23%-i demək olar hər gün, 19%-i isə həftədə bir dəfə xəbər oxuduğunu bildirib.
Sorğu iştirakçılarının 21%-i radioya gündəlik qulaq asdığını deyib.
1% hər gün, 7% isə demək olar hər gün qəzet oxuduğunu, 22% həftədə azı bir dəfə qəzet-jurnal aldığını bildirib.
Respondentlərin 70%-i isə əlinə ümumiyyətlə kağız nəşr almadığını vurğulayıb.
Sorğu Rusiya əhalisinin 36%-nin sosial şəbəkələrə gündəlik, 14%-nin həftədə bir neçə dəfə, 6%-nin həftədə bir dəfə daxil olduğunu üzə çıxarıb.
Respondentlərin 40%-i sosial şəbəkədən heç vaxt istifadə etmədiyini bildirib.
Sorğu 2018-ci ilin martında Rusiyanın 58 subyektinin 136 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1600 nəfər arasında aparılıb. (Novator.az)
Ana səhifəyə qayıt
Oxunub: 388
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər






