Meksikanı narkokartellər idarə edir – Trampdan sensasion açıqlama
(Bu gün, 09:30)

Meksika narkotik kartelləri tərəfindən idarə olunur.
dovrunnabzi.az xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp The Daily Caller-ə müsahibəsində çıxış edib: "Mən Meksika prezidenti Klaudiya Şeynbaumu sevirəm. Düşünürəm ki, o, fantastik qadındır. O, müəyyən mənada həqiqətən heyrətamiz qadındır, çox zərif və gözəldir. Amma Meksikanı kartellər idarə edir. Onu kartellər idarə edir. Mən oraya hərbçi göndərməyi təklif etmişəm, amma o, bizim bunu etməyimizi istəmir. Çünki qorxur. Çox qorxur".
Bundan əvvəl “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, Tramp gizli şəkildə Pentaqona Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə başlamaq üçün göstəriş imzalayıb. Bu məlumatı şərh edən Şeynbaum bildirib ki, Meksika hakimiyyəti Amerika hərbçilərinin onların ərazisində narkotik kartellərinə qarşı əməliyyatlar keçirməsinə icazə verməyəcək. Onun sözlərinə görə, ABŞ Meksikaya qoşun göndərməyəcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 3

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930