Lukaşenko nə qədər kartof yediyini açıqladı
(29-08-2025, 12:30)

 Belarus Prezidenti Aleksandr Lukaşenko kartofçuluğun inkişafı ilə bağlı keçirilən müşavirədə çox kartof yemədiyini etiraf edib.
dovrunnabzi.az xəbər verir ki, bu barədə video “Пул Первого” adlı "Telegram" kanalında yayımlanıb.
“Mən sizə demişdim ki, az kartof istifadə edirəm. Amma buna baxmayaraq, akademiklər mənə bəzən yeni sortlar təqdim edirlər, mən də onların necə yetişdiyinə baxıram”, – deyə Lukaşenko bildirib və qeyd edib ki, söhbət yerli seleksiya kartoflarından gedir.
Belarus liderinin sözlərinə görə, sovet dövründə respublika kartof yetişdirilməsində Rusiya və Ukraynadan sonra üçüncü yeri tuturdu. Prezident bunu Belarusda əkin üçün daha az hektar torpaq sahəsinin olmasına bağlayıb.
Lukaşenko vurğulayıb ki, belaruslar hər zaman istənilən şəraitdə kartof yetişdirmə bacarığı ilə tanınıblar. O, həmçinin “bahar vaxtı əyilib bir səbət kartof əkmək çətindir” deyənləri tənqid edib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 18

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930