Mirzoyan Ermənistan konstitusiyasının dəyişdirilməsindən DANIŞDI
(27-08-2025, 17:00)

Vaşinqton razılaşmaları Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təsbit edib.
dovrunnabzi.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İctimai Televiziya”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, sənədin gələcəkdə imzalanması və ratifikasiyası planlaşdırılır: “İnfrastrukturun keçəcəyi ərazi Ermənistana məxsus olacaq”, – deyə Mirzoyan vurğulayıb.
Erməni nazirin sözlərinə görə, hazırda Azərbaycanın nəzarətində olan Ermənistanın suveren əraziləri mövcuddur, eləcə də Ermənistanın nəzarətində olan Azərbaycan torpaqları var.
Mirzoyan həmçinin qeyd edib: “Vaşinqtonda heç bir Konstitusiya müzakirə olunmayıb və bizim üçüncü bir ölkə qarşısında onu dəyişmək kimi öhdəliyimiz yoxdur”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 381

Xəbər lenti