İranda yüzdən çox jurnalist işdən çıxarıldı
(7-08-2025, 15:00)
İran-İsrail arasında yaşanan 12 günlük qarşıdurmadan sonra ölkədə mediaya təzyiqlər artıb. Tehran Jurnalistlər Birliyinin rəhbəri və “Sazəndegi” qəzetinin baş redaktoru Əkbər Müntəcəbi bildirib ki, bu müddətdə 150 jurnalist işdən çıxarılıb.
dovrunnabzi.az xəbər verir ki, bu barədə "Azad Iran" telegram kanalı məlumat yayıb.
Dünən Pezeşkianın sosial məsələlər üzrə köməkçi Əli Rəbinin də qatıldığı konfransda çıxış edən Müntəcəbi hökumətin mediaya münasibətini tənqid edərək deyib:
“Hökumət media nümayəndələri ilə doludur, amma medianın özü sıxışdırılır. Bu, məyusedicidir".
Azad İnformasiya Axınını Müdafiə Təşkilatının hesabatına görə, ilin ilk yarısında İranda 46 jurnalist və media qurumuna qarşı cinayət işi açılıb. Təşkilat bildirir ki, Məsud Pezeşkianın prezident seçilməsindən sonra söz azadlığı sahəsində ciddi geriləmə müşahidə olunur.

Ana səhifəyə qayıt
Oxunub: 398
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər