Qəzzadan çəkilən BU GÖRÜNTÜLƏR ürəkləri dağladı - FOTOLAR
(5-08-2025, 09:30)

İsrailin Qəzzanı blokadaya alması bölgədə dərin humanitar fəlakətə səbəb olub.

dovrunnabzi.az xəbər verir ki, qida çatışmazlığı səbəbindən 9 yaşlı Məryəm Devvas bədən çəkisinin yarıdan çoxunu itirib.

9 yaşlı Məryəmin görüntüləri dünya mətbuatında geniş müzakirələrə səbəb olub.

Müharibədən əvvəl 25 kilo olan Məryəm hazırda cəmi 10 kiloqramdır və həyat uğrunda mübarizə aparır.
Qəzzanın şimalında yaşayan Devvasın ailəsi bildirir ki, Məryəmin vəziyyəti günbəgün ağırlaşır. Qızcığaz artıq yeriməyi belə dayandırıb və depressiyadadır. Anası Müdellele Devvas bildirib ki, Məryəmin tək ehtiyacı yeməkdir, lakin ərzaq tapmaq mümkün deyil.
Son rəsmi məlumatlara görə, Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatıb, onlardan 93-ü uşaqdır. Fələstinli ana övladının Qəzzadan kənarda müalicə alması üçün çağırış edir.
Musavat.com








шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 44

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930