Qətər Qəzzaya 50 min nəfərlik yardım göndərdi
(28-07-2025, 15:30)
Qətər Qəzza zolağının sakinləri üçün humanitar yardımın yeni partiyasını göndərib.
dovrunnabzi.az xəbər verir ki, məlumatı Qətər Xarici İşlər Nazirliyi açıqlayıb. Məlumata görə, Fələstin anklavının əhalisi arasında paylanması üçün ərzaqla birlikdə ən azı 49 yük maşını Misir və İordaniyaya gəlib.
Humanitar yüklərə 4704 ailə üçün ərzaq bağlamaları, 50 minə yaxın insan üçün nəzərdə tutulmuş 200 ton ərzaq, həmçinin 174 ton un və 5 min ədəd uşaq qidası daxildir. Yardımlar Rəfah və Zikim keçidləri vasitəsilə Qəzza zolağında ehtiyacı olanlara paylanmaq üçün BMT-nin Ümumdünya Ərzaq Proqramına çatdırılacaq.
İyulun 27-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağının bir neçə bölgəsində gündəlik taktiki fasilənin tətbiq olunduğunu elan edib. Fasilə Əl-Məvasi, Deyr əl-Bələh və Qəzza şəhəri ərazilərində qüvvədə olacaq. İsrail ordusunun mətbuat xidməti dəqiqləşdirib ki, “saat 06:00-dan 23:00-dək ərzaq və dərman preparatlarını əhaliyə çatdıran və paylayan BMT karvanlarının və humanitar təşkilatların təhlükəsiz keçidini təmin etmək üçün müəyyən təhlükəsiz marşrutlar qüvvədə olacaq”.

Ana səhifəyə qayıt
Oxunub: 376
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər