Kabildə növbəti qadın ovu
(24-07-2025, 09:00)

Son günlər Talibanın ali lideri Heybətullah Axundzadənin birbaşa göstərişi ilə Kabildə gənc qadın və qızların kütləvi şəkildə həbs olunması həyata keçirilib.
dovrunnabzi.az  xəbər verir ki, bu barədə "Afghanistan International" məlumat yayıb və etibarlı mənbələrə istinad edib.
Məlumata görə, həbsləri Kəndəhar vilayətinin qubernatoru və Axundzadənin yaxın adamı olan molla Şirin koordinasiya edir. O, təxminən 10 gün əvvəl paytaxta gəlib və Talibanın mənəvi qaydalarına nəzarəti gücləndirmək məqsədilə fəaliyyətə başlayıb.
Şirinin Kabula gəlməsindən sonra Əxundzadənin nümayəndələri, Daxili İşlər Nazirliyi və “Fəzilətlərin təbliği və Əxlaqsızlığın qarşısının alınması” nazirliyinin iştirakı ilə yüksək səviyyəli iclas keçirilib. İclasda əsas diqqət qadınların geyimi ilə bağlı daha sərt qaydaların tətbiqinə yönəldilib.
Hazırda Kabilda qadınlara qarşı nəzarət və təzyiqlərin artdığı, onlara qarşı sərt davranışların müşahidə olunduğu bildirilir. Analitiklər hesab edirlər ki, bu addım Taliban rejiminin qadın azadlıqlarını daha da məhdudlaşdırmaq istiqamətində atdığı növbəti addımdır.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930