İranda Urmiya gölünün bərpası ilə bağlı 27 qərar qəbul edilib
(23-07-2025, 17:30)

İranın Qərbi Azərbaycan əyalətindəki Urmiya gölünün bərpası qərargahında 27 qərar qəbul edilib.
dovrunnabzi.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Urmiya gölünün xilas edilməsi üzrə Milli İşçi Qrupunun katibi Reza Rəhmani Qərbi Azərbaycan əyalətində uyğun məsələyə dair keçirilən iclasda çıxışı zamanı deyib.
"Urmiya gölü hamı üçün vacibdir və bizim ən mühüm missiyamız onun bərpası planlarını həyata keçirməkdir", - o vurğulayıb.
Qərbi Azərbaycan əyalətinin başçısı Məhəmməd Əmin Rzazadə bildirib ki, bağçılıqla məşğul olmaqla yanaşı, Urmiya gölünün dirçəlişi haqqında düşünməyin mümkün olmadığını bildirərək deyib: “Bu gün biz bilməliyik ki, Urmiya gölü haqqında ən çox narahat olanlar gölə yaxın ərazilərin sakinləridir".
Rəhmaninin sözlərinə görə, Urmiya gölünün quruması hadisəsi hökumətə hücum alətinə çevirilməməlidir.
İclas iştirakçıları qeyd ediblər ki, Urmiya gölünə tökülən suyun suvarma işlərinə sərf edilməsi gölün səviyyəsinin düşməsinə səbəb olur.
Mütəxəssislər hesab edirlər ki, İran hakimiyyətinin su ehtiyatlarından plansız istifadəsi səbəbindən Urmiya gölü quruyur.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 14

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930