"Air India" təyyarəsi enişdən sonra alovlanıb
(23-07-2025, 12:00)

Honq-Konqdan Yeni Dehliyə uçan "Air India" şirkətinə məxsus "Airbus A321" təyyarəsi İndira Qandi Beynəlxalq Hava Limanına (Hindistan, Yeni Dehli - red.) endikdən sonra alovlanıb.
dovrunnabzi.az xəbər verir ki, bu barədə aviaşirkət X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib.
Enişdən sonra göyərtədəki sərnişinlər artıq enməyə başlayanda təyyarənin quyruq hissəsində yerləşən köməkçi enerji blokunda yanğın baş verib. "Təyyarəyə ziyan dəyib, lakin sərnişinlər və ekipaj üzvləri normal şəkildə eniş ediblər", - məlumatda bildirilib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930