Polşadan vətəndaşlarına çağırış: Rusiyanı tərk edin
(23-07-2025, 11:30)

Polşa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib.
dovrunnabzi.az xarici agentliklərə istinadən xəbər verir ki, nazirlik müvafiq bəyanatı öz İnternet saytında yerləşdirib.
Polşa XİN vətəndaşlara “Rusiyaya hər hansı səfərdən çəkinməyi” də tövsiyə edir: “Şəxsi, ailə və ya peşə şəraitinin ölkədə qalmasını tələb etdiyi hallar istisna olmaqla, Rusiyada yaşayan Polşa vətəndaşlarına mövcud kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etmələrini tövsiyə edirik. Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər".
Nazirlik bu addımı Rusiyanın Sankt-Peterburq və Kalininqraddakı baş konsulluqlar üçün iş icazəsini ləğv etmək qərarı ilə əlaqədar bu ölkədə Polşa diplomatik və konsulluq işçilərinin sayında davam edən azalma ilə izah edib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 14

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930