Azov dənizində fövqəladə vəziyyət: Sahilə minlərlə zəhərli meduza çıxıb
(21-07-2025, 17:30)

 Rusiyanın Krasnodar diyarında Azov dənizinin sahil sularını minlərlə zəhərli meduza "işğal edib".
dovrunnabzi.az xəbər verir ki, meduzaların kütləvi şəkildə sahilə çıxması xüsusilə Peresıp qəsəbəsinin çimərliklərinə ciddi zərər vurub. Son iki gündə yaşayış məntəqəsinə doğru əsən güclü küləklər nəticəsində meduzalar sahilə tökülüblər.
Rusiyalı ekoloq Veniamin Qolubitçenko Azov dənizində müşahidə olunan meduza "hücumu" ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, bu meduzalarla suda yaxından təmas insan üçün təhlükəli ola bilər - onların sancması ciddi yanıqlara səbəb olur.
Bioloqlar da bu cür meduzaların dəriyə toxunduqda güclü yanıqlara gətirib çıxara biləcəyini bildirirlər.
Söhbət kornerot adlı meduza növündən gedir. Bu, ən zəhərli meduzalardan biri hesab olunur. Onun diametri 80 santimetrə çatır və çəkisi 10 kiloqramdan çoxdur. İnsanla təmas zamanı dəridə qabarcıqlar, titrəmə, baş ağrısı və qızdırma kimi simptomlara səbəb ola bilər.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 26

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930