Rusiya Suriyanın yeni hakimiyyətinə qarşı bəyanat verdi
(Dünən, 13:30)

Moskva Suriyanın yeni hakimiyyətinə qarşı bəyanatla çıxış edib.

dovrunnabzi.az xəbər verir ki, üç ildir Ukraynada dinc insanların qanını tökən Rusiyanın Xarici İşlər Nazirliyi Suriyada “dinc vətəndaşlara qarşı zorakılıqdan” narahat olub.
Nazirlik Rusiyanın “dinc əhalinin həyatına hücumları qəbuledilməz” hesab etdiyini bildirir: “Rusiya tərəfi mülki şəxslərə qarşı qəbuledilməz vəhşi repressiya halları ilə bağlı məlumatlara xüsusi narahatlıqla yanaşır".
Hər gün onlarla dinc ukraynalının həyatına son qoyan ölkənin xarici siyatə idarəsi iddia edir ki, Rusiya Federasiyası mülki əhalinin həyatına və təhlükəsizliyinə hücumların qəbuledilməz olduğu fikrindən çıxış edir".
Moskvanın dəstəklədiyi Bəşər Əsəd rejimi illərlə Suriya xalqına divan tutanda səsi çıxmayan, hazırda öz ərazisində yaşayan azərbaycanlılara qarşı ölümlə nəticələnən qanunsuz hücumlar həyata keçirən ölkənin XİN-i bildirir: “Biz əminik ki, bu problemin həlli yolu dialoqdan və milli razılığın möhkəmləndirilməsindən, çoxkonfessiyalı Suriya cəmiyyətinin bütün nümayəndələrinin və icmalarının hüquqlarına hörmətdən keçir”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 2

Xəbər lenti