Rusiya təsdiqlədi - HƏLAK OLUB
(11-07-2025, 09:00)
Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələr 155-ci dəniz piyada briqadasının komandiri, qvardiya polkovniki Sergey İlyinin həlak olduğunu təsdiqləyiblər.
dovrunnabzi.az “Qordon media”ya istinadən xəbər verir ki, İlyinin ölüm xəbəri ilk olaraq Çuvaşiyanın Urmar rayonu administrasiyası tərəfindən yayılıb, lakin az sonra bu məlumat silinib.
Həmin paylaşımda 39 yaşlı polkovikin “xüsusi hərbi əməliyyat zamanı” həlak olduğu bildirilirdi, lakin hadisənin detalları açıqlanmırdı.
Müstəqil ASTRA mediasının "Z-kanallara" istinadən yaydığı məlumata görə, Sergey İlyin iyulun 2-də Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətindəki qərargaha raket zərbəsi nəticəsində həlak olub.
Həmin zərbə nəticəsində öldüyü təsdiqlənmiş yüksək rütbəli rus zabitlərinin sayı azı 5 nəfərdir.
Sergey İlyinlə yanaşı, aşağıdakı zabitlərin də öldüyü bildirilir:
- General-mayor Mixail Qudkov – Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini, daha əvvəl 155-ci dəniz piyada briqadasının komandiri olub;
- Polkovnik Leonid Başkardin – 155-ci briqadanın qərargah rəisi;
- Polkovnik-leytenant Nariman Şixəliyev – 155-ci briqadanın zabiti;
- II dərəcəli kapitan Aleksandr Şipunov – 155-ci briqadanın rabitə zabiti.

Ana səhifəyə qayıt
Oxunub: 315
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər