Suriyanın gerbi dəyişir
(4-07-2025, 12:00)

dovrunnabzi.az "Al-Ikhbaria" telekanalına istinadən məlumat verir ki, yeni gerbdə qanadlanmış və üzərində üç ulduz olan qartal təsvir olunub.
Yeni dövlət simvolu paytaxt Dəməşqdə təntənəli tədbir zamanı təqdim edilib. Mərasimdə çıxış edən Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraanın sözlərinə görə, dəyişdirilmiş qartal "Suriya xalqının tarixinin yeni mərhələsinə keçidə işarə edir, həmçinin suriyalılara xas olan güc və qətiyyəti təcəssüm etdirir".
Bu günə qədər Suriyanın gerbi sinəsində iki ulduz yerləşən qalxanlı qartaldan ibarət idi. Quş pəncələrində "Suriya Ərəb Respublikası" yazılmış lent tuturdu.
Ana səhifəyə qayıt
Oxunub: 314
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər