Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
(3-07-2025, 17:00)

dovrunnabzi.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Yoorook Ədalət Komissiyası müstəmləkəçilərin Viktoriyanın yerli əhalisinə qarşı hərəkətlərini araşdırmaq üçün xüsusi olaraq yaradıb. "Yoo-rrook" yerli aborigenlərin dilində "həqiqət" deməkdir. Komissiya müəyyən edib ki, 1830-cu illərin əvvəllərində ştatın müstəmləkəçiliyindən sonra 20 il ərzində zorakılıq və xəstəlik yerli əhalinin sayını dörddə üçə - 60 min nəfərdən 15 min nəfərə qədər azaldıb.
Hesabatda qeyd edilir ki, yerli xalqlar kütləvi qətl və zorlamanın qurbanı olub, uşaqları ailələrindən alınıb, onları assimilyasiya etmək üçün mədəniyyətlərinə hücum edilib. Bununla belə, beş komissardan üçü yekun hesabatın əsas nəticələri ilə razılaşmayıb, lakin təfərrüatları açıqlamayıb.
Ana səhifəyə qayıt
Oxunub: 318
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər