Məsud Pezeşkian İsrail hücumlarında yaralananlara baş çəkdi
(23-06-2025, 11:00)
İran Prezidenti Məsud Pezeşkian İsrailin son raket hücumları nəticəsində xəsarət alan vətəndaşlara baş çəkib.
dovrunnabzi.az xəbər verir ki, bu barədə İranın dövlətə yaxın KİV-ləri görüntülər yayıb. Kadrlar Prezident Pezeşkianın xəstəxanada yaralılarla görüşdüyünü və onların vəziyyəti ilə şəxsən maraqlandığını əks etdirir.
Prezidentin səfəri zamanı səhhəti ağır olan bəzi mülki şəxslərin xüsusi diqqətə alındığı bildirilib. O, hadisədən zərər çəkən ailələrə dəstək veriləcəyini, zəruri tibbi xidmətlərin göstəriləcəyini və hökumətin vətəndaşların yanında olduğunu vurğulayıb.
Qeyd edək ki, İsrailin son hücumları nəticəsində İranın bir neçə bölgəsində mülki infrastruktura zərər dəyib və yaralılar arasında qadın və uşaqların da olduğu bildirilir.

Ana səhifəyə qayıt
Oxunub: 3
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar