Erməni jurnalistlər İran səfirini Azərbaycanla bağlı təxribata çəkdilər
(17-06-2025, 14:30)

 İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransı keçirib.

dovrunnabzi.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, səfir İsrail-İran münaqişəsi fonunda region ölkələrinin yaxşı mövqe nümayiş etdirdiyini, Azərbaycaınn da öz mövqeyini bildirdiyini diqqətə çatdırıb.

“Biz mətbuatda gedən materiallara əsaslanaraq fərziyyələr irəli sürə bilmərik", - Mehdi Sobhani bildirib
Səfir İranın “Zəngəzur dəhlizi” layihəsinə qarşı çıxmağa davam edib-etməməsi, bunun İran üçün “qırmızı xətt” olaraq qalıb-qalmadığı ilə bağlı suala belə cavab verib:

"Bizim “qırmızı xətt”lərlə bağlı fikrimiz heç vaxt dəyişmir. Düşünürəm ki, region ölkələri gərginlik istəmir".

Mehdi Sobhani erməni jurnalistlərin İsrail dronları ilə bağlı təxribatçı suallarına da cavab verib.
Dronların guya Azərbaycan ərazisindən qalxdığı barədə videolara toxunan səfir deyib ki, bunun doğru olduğunu sübut edən etibarlı faktlar və hərəkətlər olmalıdır.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930