Tramp Ağ Evdə Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı
(13-06-2025, 13:30)

ABŞ prezidenti Donald Tramp İranla bağlı son hadisələr fonunda Vaşinqtonda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

dovrunnabzi.az xəbər verir ki, iclas bu gün saat 11:00-da (Bakı vaxtı ilə 19:00-da) Ağ Evdə başlayacaq.
CNN telekanalının məlumatına görə, görüşdə ABŞ-ın İranla bağlı vəziyyətə necə reaksiya verəcəyi əsas müzakirə mövzusu olacaq. Gözlənilir ki, Tramp administrasiyası regiondakı gərginliyin azaldılması, eyni zamanda ABŞ maraqlarının müdafiəsi üçün nəzərdə tutulan diplomatik və təhlükəsizlik addımlarını müzakirə edəcək.
Bu iclas, İsrailin İrana qarşı həyata keçirdiyi zərbələr və onların nəticəsində yüksək rütbəli iranlı hərbçilər və nüvə alimlərinin öldürülməsi fonunda baş tutur. ABŞ-ın bu vəziyyətə necə cavab verəcəyi beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 21

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930