"Şəhər kənarına gedirəm" deyərək evdən çıxan adam özünə toy edərkən yaxalandı... + VİDEO
(15-10-2020, 11:00)
Afrika ölkəsi Zambiyada "Şəhər kənarına gedirəm" deyərək evdən çıxan adam, gizli münasibət yaşadığı qadınla toy edərkən arvadına yaxalanıb.
Moderator.az xəbər verir ki, Abraham Muyunda adlı adam səhər saatlarında evdən çıxarkən həyat yoldaşına işi ilə bağlı şəhər kənarına getdiyini və bir neçə gün sonra qayıdacağını söyləyib.
Ərinin yalan danışdığından şübhələnən qadın onu izləmək qərarına gəlib və adamın kilsəyə getdiyini görüb. Həyat yoldaşını və onun sevgilisini toy libasında görən qadın "Nikahı dayandırın, bu adam mənim ərimdir" deyərək kilsəyə girib.
Bir anda arvadını qarşısında görən adam şok yaşayarkən, sevgilisi baş verənlərə heç bir reaksiya göstərməyib. Sözügedən qadın əri ilə yaxşı münasibətdə olduğunu və aralarında heç bir problem yaşanmadığını söyləyərək ərinin nə üçün belə bir şey etdiyini anlamadığını bildirib.
Ana səhifəyə qayıt
Oxunub: 183
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar