Kamala Harris: "Bu, xaosa səbəb olacaq"
(10-06-2025, 15:00)

dovrunnabzi.az xəbər verir ki, prezidentliyə keçmiş namizəd bu barədə X sosial şəbəkəsində yazıb.
"Milli Qvardiyanın yerləşdirilməsi xaosa səbəb olmaq üçün hazırlanmış təhlükəli eskalasiyadır", deyə onun mesajında qeyd edilir.
Harrisin sözlərinə görə, bu, Tramp administrasiyasının proqramının bir hissəsidir, onun hərəkətləri təhlükəsizliyin təmin edilməsinə deyil, çaxnaşma və parçalanmanın yayılmasına yönəlib.
İyunun 8-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri müəyyən etmək üçün keçirdiyi reyd etirazçılarla toqquşmaya çevrilib. Ağ Ev rəsmiləri Los-Ancelesdəki etirazları "qanunlara qarşı üsyan" kimi qiymətləndiriblər.
ABŞ prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qavin Nyusom və Los Angeles meri Karen Bassi vəziyyətə nəzarət edə bilməməkdə ittiham edib. Öz növbəsində Nyusom ABŞ prezidentinin etirazları dağıtmaq üçün Los-Ancelesə 2000 Milli Qvardiya əsgəri göndərmək qərarını qəsdən təhrik adlandırıb.
Ana səhifəyə qayıt
Oxunub: 15
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar