İsveçrə rəhbərliyinə ingiliscə danışmaq qadağan edildi
(6-06-2025, 12:00)
İsveçrə parlamentinin aşağı palatasının üzvləri ölkənin aparıcı siyasətçilərinin beynəlxalq arenada ingilis dilində danışmaq imkanlarını məhdudlaşdıran, məcburi olmayan qətnamə qəbul ediblər.
Məlumata görə, "dil məsələsi" ilə bağlı qətnamənin təşəbbüskarı İsveçrə Sosial Demokrat Partiyasının deputatı Karlo Sommaruqa ölkənin bir çox rəsmi sənədlərinin ingilis dilində yazılmasından qəzəbləndiyini bildirib.
Deputatların əksəriyyətinin dəstəklədiyi qətnamə İsveçrə Federal Şurasının üzvlərindən ölkənin rəsmi dillərindən birini - alman, fransız, italyan seçməyi, xarici siyasətçi və ya təşkilatlarla danışarkən avtomatik olaraq ingilis dilinə keçməməyi tələb edir.
İsveçrə Prezidenti Karin Keller-Sutter bunu "absurd" adlandırıb.
"Əlbəttə, alman, fransız və italyan dilləri də Aİ-nin rəsmi dilləridir. Amma təklifə sözün əsl mənasında əməl etsək, ingilis dilinə artıq icazə verilməyəcək", - o bildirib.

Ana səhifəyə qayıt
Oxunub: 10
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar