Türkiyə Ərdoğanı təhqir edən jurnalisti buraxdı
(17-05-2025, 12:00)
dovrunnabzi.az xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson bildirib.
Martın sonunda Türkiyədə baş verən hadisələri işıqlandırmaq üçün İstanbula uçan Medin orada saxlanılıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi jurnalistin peşəkar fəaliyyətinə görə deyil, prezident Ərdoğanı təhqir etmək və terror qruplaşmasına üzv olmaq ittihamı ilə həbs olunduğunu bildimişdi.
Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, Medin mətbuatla Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) arasında əlaqəni təmin edib.
"İsveçli jurnalist Joakim Medin Türkiyədən İsveçə evinə yollanır. O, bir neçə saata yerə enəcək", - İsveç lideri X sosial şəbəkəsində yazıb.
Kristersson İsveç Xarici İşlər Nazirliyinə və onun avropalı həmkarlarına bu problemin həllinə görə təşəkkür edib.
Ana səhifəyə qayıt
Oxunub: 24
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar