İmamoğlunun həbsi müddəti uzadıldı
(17-05-2025, 11:30)

İmamoğlunun həbsi müddəti uzadıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində arasında sabiq bələdiyyə başçısı Ekrem İmamoğlunun da olduğu 13 şübhəlinin həbsdə saxlanılması qərara alınıb.
dovrunnabzi.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda şübhəlilərə "cinayət təşkilatı qurmaq və idarə etmək", "cinayət təşkilatına üzv olmaq", "rüşvət", "qəsbkarlıq", "fırıldaqçılıq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tenderə müdaxilə" kimi ittihamlar irəli sürülüb.
Aylıq həbs baxışını keçirən məhkəmə həbs qərarının davam etdirilməsinə qərar verib. Həbs üçün əsas təşkil edən konkret səbəblərin hələ də etibarlı olduğu vurğulanıb. İstintaq davam edir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 18

Xəbər lenti