Sabah Bakıda havanın temperaturu 25 dərəcəyədək yüksələcək
(5-05-2025, 17:00)

 Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Bu barədə dovrunnabzi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-10° isti olacaq.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 72

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930