Aİ-dən Rusiya ilə bağlı ŞOK QƏRAR: 2027-ci ilə qədər...
(5-05-2025, 16:00)
Avropa İttifaqı Rusiyadan qaz asılılığını azaltmaq üçün hazırlıqlara başlayıb.dovrunnabzi.az xəbər verir ki, Avropa İttifaqı Rusiyadan qaz asılılığını azaltmaq məqsədilə yeni tədbirlər planı hazırlayır.
Bu plan çərçivəsində, 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması nəzərdə tutulur.
Aİ Rusiyadan yeni qaz müqavilələrinin bağlanmasını və mövcud spot müqavilələr çərçivəsində qaz idxalını qadağan etməyi planlaşdırır. Bu tədbirlərin 2025-ci ilin sonuna qədər qüvvəyə minməsi gözlənilir. Planın rəsmi təqdimatı 6 may 2025-ci il tarixində Strasburqda keçiriləcək.
Hazırda Aİ-nin qaz idxalının təxminən 19%-i Rusiyadan təmin olunur. Bu asılılığın azaldılması üçün Aİ, ABŞ, Qətər, Kanada və Afrika ölkələrindən alternativ mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü artırmağı planlaşdırır. Bununla yanaşı, Aİ-nin REPowerEU planı çərçivəsində enerji istehlakının azaldılması, təmiz enerji istehsalının artırılması və enerji tədarükünün diversifikasiyası kimi tədbirlər də həyata keçirilir.
Ana səhifəyə qayıt
Oxunub: 708
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər






