Azər Badamov Moskvada buna görə SAXLANILIB? - DETALLAR AÇIQLANDI
(5-05-2025, 14:30)

 Xəbər verdiyimiz kimi deputat Azər Badamov Moskvada saxlanılaraq Azərbaycana deportasiya olunub. Rusiyanın indiki anda nə üçün belə addım atması təəccüb və təəssüf doğurur.
dovrunnabzi.az xəbər verir ki, Azər Badamov saytımıza verdiyi aşağıdakı açıqlamasına görə Rusiyanın “qara siyahısı”na salına bilər.

https://musavat.com/news/deputatdan-valuyeve-sille-kimi-cavab-inkisafdan-qalan-neandertalsan_1143420.html

Yada salaq ki, Azər Badamov “Vahid Rusiya” partiyasının deputatı Nikolay Valuyev azərbaycanlıları “şobla” adlandıran zaman ona çox sərt və tutarlı cavab vermişdi:
“Şobla"nın orta statistik nümayəndəsini bədii şəkildə təsvir etməyə çalışsaq, bu sözə elə ən çox Nikolay Valuyevin portreti uyğun gəlir. Bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, bu nadir eksponat tam inkişaf etməyərək Neandertalla Homo saphiens arasında bir yerdə ilişib qalıb. Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir".
Bildirək ki, Valuyev "Rus Evi"nin Bakıda bağlanması ilə bağlı şərhində azərbaycanlıları "şobla-oblа" adlandıraraq, Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının fəaliyyətinin yoxlanılmasını təklif etmişdi.
Bu qarşılıqlı ittihamlar nəticəsində, Azərbaycan Xarici İşlər Nazirliyi Valuyevi "arzuolunmaz şəxs" elan edərək, onun ölkəyə girişinə qadağa qoyub. Ehtimal olunur ki, bunların cavabında Rusiya tərəfi də Badamovu "qara siyahı"ya salaraq, onun Rusiyaya girişinə qadağa qoyub. Bu səbəbdən, Badamov Moskva hava limanında saxlanılıb və Astarxana uçuşuna buraxılmayaraq, Azərbaycana geri göndərilib.
Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni "qeyri-dost addım" kimi qiymətləndirərək, Rusiyadan izahat tələb edib. Rusiya tərəfi isə məsələni araşdıracağını bildirsə də, hələlik rəsmi açıqlama verməyib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 61

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930