Ağdamın elektrik enerjisi təsərrüfatına dəymiş ziyan aradan qaldırılıb
(12-05-2023, 15:30)
Dolu düşməsi nəticəsində Ağdamın elektrik enerjisi təsərrüfatına dəymiş ziyan aradan qaldırılıb.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.
“Məlum hadisə nəticəsində bir sıra kəndlərdə elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Dərhal hadisə yerinə “Azərişığın” təmir-bərpa briqadaları gedib və elektrik enerjisinin verilişi qısa zamanda bərpa edilib. Hazırda Ağdam və ölkənin digər regionları keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir”, - V.Mustafayev bildirib.
Ana səhifəyə qayıt
Oxunub: 84
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər