Məhluqə Rəhimovaya 1 milyon manat pul "atıblar"
(9-05-2023, 11:00)

Azərbaycanda "Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimovanın 1 milyon manat pulunu mənimsəyən şəxs axtarışa verilib.
Bu barədə a Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
Qeyd olunub ki, Nadirov Ramis Mövlud oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.
Onun barəsində axtarış elan olunub.
Qeyd edək ki, M.Rəhimovaya qarşı dələduzluq edilməsi barədə bir neçə il əvvəl mediada məlumatlar yayılmışdı.
Mətbuata danışan Məhluqə Rəhimova qeyd edib ki, Bakı şəhər sakinləri – 1950-ci il təvəllüdlü İslam Qulam oğlu Süaci və 1957-ci il təvəllüdlü Ramis
Mövlüd oğlu Nadirov 1 milyon manata yaxın pulunu mənimsəyiblər.Qaynarinfo
Ana səhifəyə qayıt
Oxunub: 101
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər