Beynəlxalq tibb hüququ haqqında kitab dərc edildi
(5-05-2023, 12:00)


Beynəlxalq tibb hüququ haqqında kitab dərc edildi
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin baş redaktorluğu ilə Azərbaycan Respublikasında ilk dəfə olaraq beynəlxalq tibb hüququ haqqında kitab dərc edilib.

Yenicə işıq üzü görən bu əsərin müəllifi Dünya Tibbi Hüquq Assosiasiyasının üzvü, Bakı Dövlət Universiteti Hüquq fakültəsi “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fatimə Hüseynovadır. Sözügedən fundamental əsərdə beynəlxalq tibb hüququna və onun ayrı-ayrı institutlarına doktrinal anlayış verilir, tibb fəaliyyəti üzrə münasibətlərin və əlaqələrin hüquqi tənzimlənməsinin xüsusiyyətləri şərh edilir.

Müasir dövrdə səhiyyə, təbabət və tibb sferasında baş verən qlobal inteqrasiya prosesləri fonunda əhalinin bu istiqamətdə maariflənməsi, cəmiyyətdə hüquqi düşüncə və tibb mədəniyyətinin formalaşması baxımından kitab mühüm əhəmiyyətə malikdir. Kitabdan ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, tibb hüquq elmi sahəsində çalışan mütəxəssislər, praktik işçilər və digər şəxslər faydalana bilərlər.


Kitab Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 95 illiyinə həsr olunub.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 110

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930