Masallının icra başçısının ziyalılarla görüşünü əngəlləyənlər var - AÇIQLAMA
(23-12-2022, 14:00)

Masallının icra başçısının ziyalılarla görüşünü əngəlləyənlər var - AÇIQLAMA

Bu ilin yayında Masallı İcra Hakimiyyətinin başçısı təyin olunan Araz Əhmədov rayonda əhalinin müxtəlif təbəqələri ilə mütəmadi görüşlər keçirir.
Şəhid ailələri və ayrı-ayrı kəndlərdə baş tutan görüşlərdə başçı əhalini dinləyir, mövcud problemlərin həlli istiqamətində addımlar atılır. Belə görüşlərdən birinin keçirilməsi də dekabrın 23-nə təyin olunub. İcra başçısının Masallı ziyalıları ilə görüşü planlaşdırılıb. Hətta bu haqda Masallıda və Masallıdan kənarda, Bakıda, Sumqayıtda yaşayan ziyalılara da məlumat verilib.

Başçı ilə görüşə dəvət olunan ziyalılardan biri Musavat.com-a deyib ki, görüşə dəvət alsa da, az sonra bəzi icra nümayəndələri görüşün ümumiyyətlə, ləğv edildiyi xəbərini yayıblar. Faktiki isə görüş təxirə salınmayıb. Həmsöhbətimiz deyir ki, belə məlumatları yaymaqla bəzi icra nümayəndələri özlərinə yaxın şəxsləri ziyalı adı ilə icra başçısı Araz Əhmədovun görüşdürmək istəyirlər.

Qeyd edək ki, Araz Əhmədov vəzifəyə gündən mütəmadi olaraq rayon sakinləri ilə görüşür, problemləri ilə şəxsən maraqlanaraq həllinə nail olur.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 246

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930